Ev DünyaErmənistan seçkiləri Rusiyanın geosiyasi planlarını poza bilər

Ermənistan seçkiləri Rusiyanın geosiyasi planlarını poza bilər

by Baş Redaktor
46 Baxış

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev Ermənistan seçkilərini beynəlxalq qarşıdurmanın hədəfinə çevrilən proseslər sırasına daxil edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

O, bu kontekstdə Almaniya, Rumıniya, Bolqarıstan, Moldova və Braziliyanın da adını çəkib.

Medvedevin iddiasına görə, “pərdəarxası kuklaoynadanlar” xalqların iradəsini nəzərə almamağa çalışırlar.

banner

O, Ermənistan seçkilərini Rusiya ilə Qərb arasındakı geosiyasi rəqabətin tərkib hissəsi kimi təqdim edib. Medvedev hesab edir ki, Ermənistanın xarici siyasət kursunu dəyişməsi regionda Rusiyanın təsirinin daha da zəifləməsinə gətirib çıxara bilər.

Bu yanaşmaya əsasən, Moskvada Ermənistan seçkilərinə yalnız daxili siyasi proses kimi deyil, həm də ölkənin strateji gələcəyinə və Rusiya ilə münasibətlərinin gələcək istiqamətinə təsir göstərə biləcək hadisə kimi baxılır.

Əlaqəli Yazılar Xüsusi