Ev DünyaPaşinyan Azərbaycana əməkdaşlıq təklif etdi – Bu məsələdə…

Paşinyan Azərbaycana əməkdaşlıq təklif etdi – Bu məsələdə…

by Baş Redaktor
24 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Bakı ilə İrəvan arasında birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyanın sözlərinə görə, problemin həllində ən səmərəli mexanizm Azərbaycan və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsidir.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə itkin düşmüş şəxslərlə bağlı məsələlər ətraflı müzakirə olunub. Tərəflər bu istiqamətdə əməkdaşlığın daha institusional əsasda qurulması imkanlarını da nəzərdən keçiriblər.

banner

Əlaqəli Yazılar Xüsusi