Ev DünyaPaşinyan : “Yeni konstitusiya qəbul edilməlidir, yoxsa…”

Paşinyan : “Yeni konstitusiya qəbul edilməlidir, yoxsa…”

by Baş Redaktor
24 Baxış

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə məhkəmə sistemindəki problemlərin həlli yeni konstitusiyanın qəbulundan keçmədən mümkün olmayacaq.

Army.az xəbər evrir ki, o, bu fikirləri parlamentdə 2025-ci il Hökumət Proqramının icrasına dair hesabatın müzakirəsi zamanı səsləndirib.

Paşinyanın sözlərinə görə, məhkəmə sahəsindəki mövcud çətinliklərin böyük hissəsi yalnız əsaslı konstitusion dəyişikliklərlə aradan qaldırıla bilər. O əlavə edib ki, əks halda sistemdə durğunluq davam edəcək.

Baş nazir həmçinin vurğulayıb ki, ölkənin məhkəmə sisteminin sağlamlaşdırılması üçün Konstitusiyada islahatların aparılması zəruridir.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment