“ABŞ Prezidenti Donald Tramp İranı nüvə hüquqlarından məhrum etmək üçün heç bir əsaslı səbəbə malik deyil”.
Army.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, Tramp “İranın nüvə hüquqlarından istifadə etməməli olduğunu deyir, lakin İranın günahının nə olduğunu izah etmir” və “kimdir o ki, bir xalqı onun qanuni hüquqlarından məhrum etsin?” — deyə sual edib.
Pezeşkian həmçinin vurğulayıb ki, Tehran vəziyyəti elə idarə etməlidir ki, bu, “İranın müharibəni alovlandırdığı təəssüratını yaratmasın, əksinə müdafiə mövqeyində olduğu aydın görünsün”.
“Qanlı və amansız düşmən qarşısında möhkəm dayanmaq lazımdır”, — deyə İran prezidenti əlavə edib.
