Ev Hərbi XəbərlərErmənistan ordusunda problemlər dərinləşib

Ermənistan ordusunda problemlər dərinləşib

by Baş Redaktor
37 Baxış

Ermənistan Prokurorluğunun 2025-ci ilə dair fəaliyyət hesabatı orduda yığılıb qalmış problemlərin daha bir qatını üzə çıxarır. Ayrı-ayrı sahələrdə müəyyən azalma müşahidə olunsa da, ümumi vəziyyət hələ də ciddi narahatlıq doğurur.

Army.az xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yayıb.

Qeyd olunur ki, 2025-ci ildə silahlı qüvvələrdə və hərbi hissələrdə 2248 yoluxma faktı qeydə alınıb. Bu göstərici 2024-cü ildəki 2093 hal ilə müqayisədə daha yüksəkdir. Başqa sözlə, bir il ərzində yoluxmalar 155 hadisə və ya 7,4 faiz artıb.

Ən ciddi yüksəliş isə qəza hadisələrində qeydə alınıb. Belə ki, 2024-cü ildə 762 qəza baş verdiyi halda, 2025-ci ildə bu rəqəm 1027-yə yüksəlib. Bu da 265 hadisə və ya 34,8 faizlik artım deməkdir və bu qədər kəskin dəyişimi təsadüfi amillərlə izah etmək çətindir.

banner

Ümumi cinayət sayı 1331-dən 1221-ə düşərək müəyyən qədər azalsa da, bu, vəziyyətin yaxşılaşdığı anlamına gəlmir. Doğrudur, ağır və xüsusilə ağır cinayətlər 217-dən 143-ə enib, lakin ümumi kriminal fon hələ də yüksək olaraq qalır və bəzi istiqamətlərdə vəziyyət daha da pisləşib.

Əlaqəli Yazılar Xüsusi