Ev DünyaMirzoyan: Ermənistan Rusiyadan asılılığı azaldıb

Mirzoyan: Ermənistan Rusiyadan asılılığı azaldıb

by Baş Redaktor
44 Baxış

Ermənistan son illərdə siyasi, iqtisadi və enerji sahələrində bir mərkəzdən — xüsusilə Rusiyadan asılılığını azaldaraq, əməkdaşlıq etdiyi ölkələrin sayını genişləndirib.

Army.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Arorat Mirzoyan deyib.

Onun sözlərinə görə, Ermənistan uzun illər özünü təhlükəsizlik baxımından “böyük müttəfiqə” ehtiyac duyan ölkə kimi görüb:

“Bu yanaşma zamanla dəyişib, çünki müəyyən məqamlarda gözlənilən dəstəyin alınmaması ölkənin xarici siyasət baxışına ciddi təsir göstərib.

banner

Bu dəyişiklik həm ictimaiyyətin, həm də siyasi elitanın regiondakı strateji yanaşmasına təsir edib və Ermənistan artıq daha şaxələndirilmiş xarici siyasət kursu izləyir”.

Əlaqəli Yazılar Xüsusi