Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın elan etdiyi “atəşkəs” rejiminə əməl etmədiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, günün əvvəlindən etibarən cəbhə xəttində 140-dan çox atəş açılıb və ən azı 10 hücum cəhdi qeydə alınıb.
Zelenski bildirib ki, Rusiya ordusu gecə ərzində FPV və “Lanset” tipli dronlar da daxil olmaqla, müxtəlif pilotsuz aparatlarla 850-dən artıq zərbə endirib.
Onun sözlərinə görə, Moskva tərəfindən real atəşkəsə cəhd müşahidə olunmayıb və döyüş əməliyyatları faktiki olaraq davam edib.
Ukrayna lideri vurğulayıb ki, Kiyev baş verənlərə “güzgü prinsipi” əsasında cavab verəcək.
