Ev DünyaPaşinyan Qərbi Zəngəzurda sülh çıxışı etdi: “Birlik vaxtıdır”

Paşinyan Qərbi Zəngəzurda sülh çıxışı etdi: “Birlik vaxtıdır”

by Baş Redaktor
14 Baxış

Ermənistan Baş naziri Nikol Paşinyan Sünik bölgəsində (Qərbi Zəngəzur) seçicilərlə görüşü zamanı Ermənistan cəmiyyətinə sülh çağırışı edib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Baş nazir bildirib ki, ölkə və cəmiyyət sülhün qorunması və dövlətin möhkəmləndirilməsi üçün birlik nümayiş etdirməlidir.

O, çıxışında vətəndaşları mayın 28-də İrəvanda keçiriləcək hərbi paradda iştirak etməyə də dəvət edib.

banner

Paşinyan qeyd edib ki, “Respublika” meydanında keçiriləcək tədbir vasitəsilə son illərdə orduda baş verən dəyişikliklər və proseslər ictimaiyyətə nümayiş etdiriləcək.

Əlaqəli Yazılar Xüsusi