Rusiya Silahlı Qüvvələrinin Borovaya kəndi və Kutkovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyi bildirilib. Şapkovka istiqamətində isə döyüş əməliyyatlarının davam etdiyi qeyd olunur.
Army.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov açıqlama verib.
Onun sözlərinə görə, Borovaya və Kutkovka yaşayış məntəqələri Rusiya qüvvələrinin nəzarətinə keçib.
Baş Qərargah rəisi həmçinin vurğulayıb ki, Şapkovka istiqamətində döyüşlər hələ də davam edir.
Məlumata əsasən, bölgədə hərbi əməliyyatlar aktiv şəkildə sürdürülür.
