Ev Hərbi XəbərlərABŞ şirkəti hibrid mühərrikli yeni dronlar hazırlayıb

ABŞ şirkəti hibrid mühərrikli yeni dronlar hazırlayıb

by Baş Redaktor
22 Baxış

AIRO şirkəti və onun Jaunt Air Mobility brendi Xponential/MDEX sərgisində yeni VTOL tipli dronlarını təqdim edib. Söhbət JC250 yük variantı və JX250 kəşfiyyat variantından gedir.

Army.az xəbər verir ki, şirkətin məlumatına görə, dronlar hibrid-elektrik mühərriki və “yavaşlayan rotor” texnologiyası ilə təchiz olunub. Bu sistem aparatların həm şaquli qalxıb-enməsinə, həm də daha səmərəli uçuş həyata keçirməsinə imkan verir.

AIRO rəhbərliyi bildirib ki, hibrid mühərrik dronların elektrik doldurma infrastrukturu olmayan ucqar ərazilərdə və döyüş şəraitində istifadəsini asanlaşdırır.

Kanadada hazırlanan aparatların ilk uçuşunun ilin sonuna qədər baş tutacağı gözlənilir. Dronların uçuş məsafəsinin 300-500 dəniz mili olduğu, hibrid sistem sayəsində isə bunun 1000 dəniz milinə qədər artırıla biləcəyi qeyd edilir.

banner

Şirkət nümayəndələrinin sözlərinə görə, rotor sistemi qalxma və enmə zamanı əsas yükü daşıyır, uçuş zamanı isə sürəti azalaraq əlavə qaldırıcı qüvvə yaradır və yanacaq səmərəliliyini artırır.

Əlaqəli Yazılar Xüsusi