Avropa İttifaqının xarici siyasət üzrə baş diplomatı Kaya Kallas Estoniya prezidentliyi uğrunda mübarizəyə qoşulmaq niyyətində olmadığını bildirib.
Army.az xəbər verir ki, bu barədə “ERR” telekanalı məlumat yayıb.
Bildirilib ki, Kallas prezident postunun öz xarakterinə və fəaliyyət tərzinə uyğun gəlmədiyini düşünür.
O qeyd edib ki, hazırkı işi ona daha dinamik görünür və bəzən gələcəkdə başqa ölkədə səfir kimi çalışa biləcəyini təsəvvür etsə də, həyat yoldaşı bunun onun üçün həddən artıq sakit və monoton vəzifə olacağını deyir.
Kallas hazırda Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Estoniyada növbəti prezident seçkiləri sentyabr ayında baş tutacaq.
