Ev Hərbi təhsil“EFES – 2026”: Ərdoğan Zakir Həsənovla birgə təlimi izlədi-FOTO

“EFES – 2026”: Ərdoğan Zakir Həsənovla birgə təlimi izlədi-FOTO

by Baş Redaktor
20 Baxış

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti İzmirin Doğanbey bölgəsində keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Bu barədə Army.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel məruzə edərək təlimin ümumi gedişatı, qarşıya qoyulmuş tapşırıqların məqsədi və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.

Qeyd olunub ki, “EFES – 2026” təlimində ilk dəfə olaraq T625 GÖKBEY helikopterləri, 105 mm Boran yedəkli haubitsaları, MEMATT minatəmizləmə vasitələri, KARAOK, UMTAS və L-UMTAS tank əleyhinə raket sistemləri, eləcə də ASLAN SARP UKKS insansız yerüstü idarə olunan kəşfiyyat və atəş vasitələrindən istifadə edilir.

banner

Tədbirdə çıxış edən Türkiyə Prezidenti milli müdafiə naziri Yaşar Gülər bu cür təlimlərin əhəmiyyətini qeyd edib və hərbi qulluqçulara uğurlar diləyib.

Təlimi izləyən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxışında “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçılarını salamlayıb, “EFES – 2026” təliminin regional və qlobal sülhə, əmin-amanlığa və sabitliyə böyük töhfə verdiyini vurğulayıb.

Sonra təlimə cəlb edilən bölmələr praktiki olaraq müxtəlif taktiki epizodları icra ediblər.

Daha sonra yüksək səviyyəli nümayəndələr aviasiya vasitələrinin nümayiş uçuşlarını, xüsusi təyinatlıların paraşüt tullanışlarını və Mehteran Birliyinin çıxışlarını izləyiblər.

“Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisinə gələn qonaqlar nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Beynəlxalq təlimdə iştirak edən Azərbaycan hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

7d17287e88a78caac393338f29e9378d
8bb6873e42a217ba6411e03728f966ac
dafdd176a7098abaa2a3977c3c45b34e
73601d795ec4dbc82d00fbbf454a32c5
e43152fc0a14bfe9c48040f9f2721399
d2ed04f4d86c9ef00d78456149fd8d97

Əlaqəli Yazılar Xüsusi