Ukrayna Silahlı Qüvvələri son vaxtlar “Lyutı” tipli aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarından xeyli az istifadə etməyə başlayıb. Buna səbəb onların “Yolka” adlı FPV-tutucu dronlar tərəfindən dərhal vurulmasıdır.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, “Lyutı” tipli zərbə dronları iri hədəflər hesab olunur və 30-60 kiloqram arasında partlayıcı daşıya bilir:
“Çayka” və “Bobor” dronları daha kiçik ölçülüdür. Bu aparatların uçuş məsafəsi təxminən 1000 kilometrə çatırsa, “Lyutı” dronlarında bu göstərici 1500 kilometrədək yüksəlir.
Son dövrlərdə əsasən “Bobor” və “Çayka” dronlarından istifadə olunur. “Lütıy”lər isə daha az tətbiq edilir, çünki onlar 600 metrədək aşağı hündürlükdə uçur və bu da onları vurmaq üçün daha həssas edir. “Bobor” və “Çayka” dronları isə 1100 metrədək yüksələ bilir”.
