Ev Hərbi XəbərlərUkrayna ordusuna dəstək genişlənir: Avstraliya Avropada təlimə başlayır

Ukrayna ordusuna dəstək genişlənir: Avstraliya Avropada təlimə başlayır

by Baş Redaktor
28 Baxış

Avstraliya Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin hazırlanmasını Polşa ərazisində həyata keçirəcək.

Army.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Naziri Richard Marles məlumat verib.

Nazirin bildirdiyinə görə, 2026-cı ilin ortalarından etibarən Avstraliya Müdafiə Qüvvələri Norveç tərəfindən rəhbərlik edilən çoxmillətli “Legio” əməliyyatı çərçivəsində Ukrayna hərbi personalının təlimində iştirak edəcək.

Qeyd olunur ki, Avstraliya bundan əvvəl də “Kudu” əməliyyatı çərçivəsində Ukraynaya dəstək göstərib və Ukrayna hərbçiləri hazırda Böyük Britaniya ərazisində də təlim keçirlər.

banner

Yeni təşəbbüsün əsas məqsədinin təlimlərin Ukraynaya daha yaxın bölgədə keçirilməsi və əməliyyat ehtiyaclarına daha uyğun hazırlığın təmin edilməsi olduğu bildirilir.

Əlaqəli Yazılar Xüsusi