Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfəri ilə bağlı hələlik dəqiq qərar yoxdur.
Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov TASS agentliyinə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda səfərin vaxtı və formatı ilə bağlı heç bir konkretlik mövcud deyil.
Xatırladaq ki, Paşinyan daha əvvəl seçkilərdən sonra Rusiya Prezidenti Vladimir Putin ilə görüşmək üçün Moskvaya səfər edəcəyini bildirmişdi, lakin bu planın icrası hələ təsdiqlənməyib.
