“NATO-nun şərq cinahında hər hansı təhlükə yaranacağı təqdirdə Britaniya Silahlı Qüvvələri mümkün qədər qısa zamanda cavab zərbələri endirməyə hazır olmalıdır”.
Army.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi general ser Roland Uoker deyib.
Generalın sözlərinə görə, alyansın şərq cinahında yerləşdirilən hərbi qüvvələr və texnika 30 dəqiqə ərzində əməliyyat vəziyyətinə keçmək və zərbə imkanına malik olmalıdır.
O həmçinin qeyd edib ki, cari ildən etibarən həmin bölgədə daha çox uzaqmənzilli və avtonom hərbi sistemlərin yerləşdirilməsi planlaşdırılır.
Uokerin fikrincə, çəkindirmə mexanizmi işləməzsə, cavab addımları dərhal hiss etdirilməli və mümkün olduqca qarşı tərəf mövqeyini tərk etməmiş həyata keçirilməlidir.
