İran ABŞ və İsraili beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb etmək niyyətindədir.
Army.az xəbər verir ki, bu barədə İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei məlumat verib.
Onun sözlərinə görə, rəsmi Tehran qarşı tərəfdən kompensasiya və təzminat tələb olunması, həmçinin müharibə cinayətləri ilə bağlı hüquqi prosedurların aparılması istiqamətində addımlar atacaq.
“Biz təcavüzkarları cəzasız qoymayacağıq və onları beynəlxalq məhkəmələr qarşısında cavab verməyə məcbur edəcəyik”, – deyə o vurğulayıb.
Mohseni-Ejei əlavə edib ki, qarşı tərəflə bağlı bəzi işlər üzrə artıq yekun məhkəmə qərarları qəbul olunub.
