“ABŞ ilə aparılan danışıqlarda Tehranın mövqeyi dəqiqləşənədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə hər hansı əməkdaşlığın davam etdirilməsi faydasızdır”.
Army.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədəh Hüseyn Maliki deyib.
Deputatın sözlərinə görə, mövcud şəraitdə AEBA ilə əməkdaşlığın perspektivi yoxdur.
Maliki eyni zamanda AEBA-nın baş direktoru Rafael Qrossinin İranla bağlı son açıqlamalarını tənqid edib və onun ölkəyə girişinə qadağa qoyulmasına çağırış edib.
