Ev Hərbi XəbərlərZelenski uzaqmənzilli əməliyyatın detallarını açıqlayıb

Zelenski uzaqmənzilli əməliyyatın detallarını açıqlayıb

by Baş Redaktor
73 Baxış

Ukrayna Silahlı Qüvvələri iyulun 4-nə keçən gecə Baltik dənizi hövzəsində yerləşən Rusiyanın ən iri dəniz terminallarından birinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Prezident daha əvvəl mediada yayılan xəbərləri təsdiqləyərək bildirib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hərbi fəaliyyətinin maliyyələşdirilməsində mühüm rol oynadığı deyilən liman və neft infrastrukturunu hədəfə alıb.

Zelenskinin sözlərinə görə, əməliyyat çərçivəsində Kronştadt istiqamətinə də zərbələr endirilib. O qeyd edib ki, həmin məntəqə Rusiya üçün strateji əhəmiyyət daşıyan hərbi obyektlərdən biridir.

banner

Əlaqəli Yazılar Xüsusi