Ev Hərbi XəbərlərPolşada ABŞ hərbi kontingenti artırıla bilər

Polşada ABŞ hərbi kontingenti artırıla bilər

by Baş Redaktor
52 Baxış

ABŞ-ın əlavə hərbi kontingentinin qarşıdakı üç ay ərzində Polşaya göndərilməsi planlaşdırılır.

Army.az xəbər verir ki, bu barədə Polşanın “Dziennik Gazeta Prawna” (DGP) nəşri məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Nəşrin yazdığına görə, yaxın üç ay ərzində ABŞ-ın əlavə hərbçiləri Polşa ərazisinə yerləşdiriləcək.

Polşa Prezidenti və ölkənin milli müdafiə naziri administrasiyasının nümayəndələri ABŞ rəhbərliyi ilə Amerika hərbi qüvvələrinin Polşada rotasiya əsasında yerləşdirilməsi, eləcə də daimi hərbi bazanın yaradılması imkanlarını müzakirə edirlər.

banner

Vaşinqtonun yaxın vaxtlarda hər iki təşəbbüsün həyata keçirilməsinə siyasi dəstəyini və qətiyyətini rəsmən bəyan edəcəyi gözlənilir.

Əlaqəli Yazılar Xüsusi