Ev DünyaƏrdoğan Trampla bu saatda görüşəcək – AÇIQLANDI

Ərdoğan Trampla bu saatda görüşəcək – AÇIQLANDI

by Baş Redaktor
44 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 32 üzv ölkəsinin iştirak edəcəyi liderlər sammiti çərçivəsində dövlət və hökumət başçılarını Ankarada qəbul edəcək.

Army.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, sammitdə Ukraynadakı müharibə, eləcə də NATO-nun cənub cinahında yaranmış təhlükəsizlik vəziyyəti əsas müzakirə mövzuları olacaq. Toplantıya Alyansa üzv 32 ölkənin liderləri ilə yanaşı, 100-ə yaxın nazir, yüksəkvəzifəli diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri qatılacaq.

Qeyd olunub ki, Ərdoğanın bu gün bəzi liderlərlə ikitərəfli görüşlər keçirməsi gözlənilir. Bu çərçivədə saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Kanadanın Baş naziri Mark Karni, saat 12:30-da (13:30) isə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşəcək. Ərdoğan saat 15:00-da (16:00) ABŞ Prezidenti Donald Trampı rəsmi mərasimlə qarşılayacaq.

banner

Əlaqəli Yazılar Xüsusi