NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın alyansla bağlı siyasətini yüksək qiymətləndirdiyini bildirib.
Army.az xəbər verir ki, o, Politico nəşrinə müsahibəsində Trampın NATO-nun gücləndirilməsi istiqamətində atdığı addımları müsbət dəyərləndirdiyini vurğulayıb.
Rutte qeyd edib ki, Trampın müttəfiq ölkələrdən müdafiə xərclərini artırmağı, silahlı qüvvələrin modernləşdirilməsini tələb etməsi, eləcə də İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarı əsaslı addımlar idi.
Müsahibə zamanı Rutte həmçinin bildirib ki, Tramp ikinci prezidentlik dövründə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerdən sonra heç bir dövlət başçısının nail ola bilmədiyi bəzi hədəfləri reallaşdırmağa müvəffəq olub.
