İranın Küveyt istiqamətində raketlər buraxdığı bildirilir. Küveyt isə hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirdiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Küveyt hakimiyyəti ölkənin hava məkanında “düşmən hava hədəflərinə qarşı əks-hücum” rejiminin tətbiq edildiyini bəyan edib.
Küveyt Silahlı Qüvvələrinin açıqlamasında qeyd olunub ki, hava hücumundan müdafiə bölmələri ölkənin hava məkanına daxil olan düşmən hədəflərini uğurla dəf edir.
Eyni zamanda, İranın Fars xəbər agentliyi Hörmüz boğazındakı Qeşm adasında partlayışların baş verdiyini bildirib.
