Ev TexnologiyaUkrayna şirkəti Aİ-nin PUA Alyansının təsisçiləri sırasına daxil oldu

Ukrayna şirkəti Aİ-nin PUA Alyansının təsisçiləri sırasına daxil oldu

by Baş Redaktor
35 Baxış

Ukraynanın “Vyriy Industries” şirkəti Avropa İttifaqı–Ukrayna Pilotsuz Uçuş Aparatları (PUA) Alyansının təsisçi üzvləri arasında yer alıb.

Army.az xəbər verir ki, şirkətin “Militarnyi” nəşrinə verdiyi məlumata görə, bu qərar Avropa Komissiyasının Müdafiə Sənayesi və Kosmos üzrə Baş Direktorluğu tərəfindən qəbul edilib.

Məlumatda vurğulanır ki, yeni alyansın yaradılmasında əsas məqsəd Ukraynanın müdafiə sənayesi kompleksinin Avropanın müdafiə, texnologiya və sənaye ekosisteminə daha sıx inteqrasiyasını təmin etməkdir.

Təşəbbüsün Avropa Komissiyası tərəfindən irəli sürüldüyü və Ukrayna ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyi qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi