Ev DünyaZelenski yeni Baş nazirlə hökumətin fəaliyyət planını müzakirə etdi

Zelenski yeni Baş nazirlə hökumətin fəaliyyət planını müzakirə etdi

by Baş Redaktor
27 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski yeni Baş nazir Sergey Koretski ilə ölkə hökumətinin yaxın dövr üçün fəaliyyət istiqamətlərini müzakirə edib.

Army.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Prezident bildirib ki, görüş zamanı yaxın müddətdə həyata keçirilməsi planlaşdırılan addımlar, eləcə də Ukraynaya göstərilən beynəlxalq dəstəklə bağlı razılaşmaların icrası ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısının sözlərinə görə, Sergey Koretski artıq hökumətin fəaliyyət proqramının hazırlanmasına başlayıb. Həmin sənəd yaxın vaxtlarda həm ictimaiyyətə, həm də Ali Radanın deputatlarına təqdim olunacaq.

banner

Əlaqəli Yazılar Xüsusi