Yaponiyanın ABŞ-ın “Typhon” raket komplekslərini öz ərazisində yerləşdirməsi Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhdid yaradır.
Army.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “TASS” agentliyinə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya Yaponiya tərəfinin hərbi fəallığın genişləndirilməsi istiqamətində atdığı addımları diqqətlə izləyir.
“Tokionun öz ərazisini ABŞ-nin orta və qısa mənzilli raket komplekslərinin yerləşdirilməsi üçün təqdim etməsini – yerləşdirmənin epizodik, rotasiya əsasında və ya daimi olmasından asılı olmayaraq – Asiya-Sakit okean regionunda sabitlik və təhlükəsizliyə ciddi mənfi təsir göstərən, həmçinin Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhdid yaradan addım kimi qiymətləndiririk”, – deyə Rudenko vurğulayıb.
