Ev DünyaRubio: ABŞ Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazırdır

Rubio: ABŞ Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazırdır

by Baş Redaktor
37 Baxış

ABŞ Ukraynadakı münaqişənin siyasi yolla həllinə dəstək verməyə və bu prosesdə fəal iştirak etməyə hazır olduğunu bəyan edib.

Army.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra açıqlama verib.

Rubionun sözlərinə görə, həm ABŞ administrasiyası, həm də Prezident Donald Tramp Ukrayna münaqişəsinin sona çatdırılması istiqamətində konstruktiv rol oynamaqda maraqlıdır.

“ABŞ və Prezident Donald Tramp dəfələrlə bəyan ediblər ki, biz Ukraynadakı münaqişənin başa çatmasına töhfə vermək istəyirik və bu istiqamətdə konstruktiv rol oynaya bilərik”, – deyə Rubio bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi