Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu gün birgə müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalaması gözlənilir.
Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata əsasən, razılaşmanın detalları hələlik ictimaiyyətə açıqlanmayıb. Bununla belə, sənədin üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğu bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyası da dövlət başçısının bu gün Səudiyyə Ərəbistanına işgüzar səfər edəcəyini təsdiqləyib. Səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşləri planlaşdırılır. Bu görüşlər zamanı birgə müdafiə sazişinin əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
