Ukraynanın sabiq Silahlı Qüvvələri baş komandanı, hazırda ölkənin Londondakı səfiri Valeri Zalujnı Böyük Britaniya ordusunun hərbi hazırlıq səviyyəsini tənqid edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zalujnı Britaniya ordusunun təlimlərindən birində iştirak edərkən yerli generalların müharibəyə yanaşması ilə tanış olduğunu və bu yanaşmanın onu qane etmədiyini bildirib:
“Britaniya Silahlı Qüvvələrinin mövcud hazırlıq səviyyəsi Ukrayna ordusunun 2009-cu ildəki vəziyyətinə bənzəyir. Britaniya hərbi qüvvələri ilə bağlı ictimaiyyətə təqdim olunan təsəvvür real vəziyyəti əks etdirmir”.
