Ev DünyaBəşər Əsədə ölüm hökmü verildi

Bəşər Əsədə ölüm hökmü verildi

by Baş Redaktor
49 Baxış

Suriya məhkəməsi ölkənin keçmiş lideri Bəşər Əsədi qiyabi şəkildə ölüm cəzasına məhkum edib.

Army.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Bundan əlavə, Dəməşq Cinayət Məhkəməsi proses zamanı təqsirləndirilənlər kürsüsündə iştirak edən yeganə şəxs — Suriya ordusunun keçmiş briqada generalı və Bəşər Əsədin əmisi oğlu Atif Nəcib barəsində də ölüm hökmü çıxarıb.

SANA-nın məlumatına görə, Atif Nəcib və aralarında Bəşər Əsəd, onun qardaşı Mahir Əsədin də olduğu daha səkkiz nəfər hərbi cinayətlər, qətllər, işgəncə və Suriya xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunub.

banner

Məhkəmənin qərarına əsasən, xaricdə və ya gizlənən təqsirləndirilən şəxslər qiyabi qaydada ölüm cəzasına məhkum ediliblər.

Əlaqəli Yazılar Xüsusi