Ev DünyaƏraqçi: “İranın müqaviməti bütün dünyanı təəccübləndirdi”

Əraqçi: “İranın müqaviməti bütün dünyanı təəccübləndirdi”

by Baş Redaktor
31 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin son müharibədə həm hərbi, həm də diplomatik müstəvidə üstünlük qazandığını iddia edib.

Army.az xəbər verir ki, Əraqçi müxtəlif ölkələrin nümayəndələrinin İranın müqavimət qabiliyyətindən təəccübləndiyini bildirib.

Nazirin sözlərinə görə, xarici ölkələrin rəsmiləri ona İranın bu qədər uzunmüddətli müqavimət göstərə biləcəyini əvvəlcədən heç kimin gözləmədiyini deyiblər. Onlar İranın həm müharibədə, həm də diplomatiyada qələbə qazandığını vurğulayıblar.

Əraqçi hesab edir ki, İranın əldə etdiyi nəticə yalnız hərbi və siyasi uğurla məhdudlaşmır. O, ölkəsinin mənəviyyat, şərəf və ləyaqət baxımından da qalib gəldiyini söyləyib.

banner

“Son müharibədə silahlı qüvvələrimiz qəhrəmanlıq nümayiş etdirərək dünyanın ən böyük ordusuna qalib gəldi. Bu, sadəcə bir şüar deyil, bütün dünya tərəfindən qəbul edilən faktdır. İran İslam Respublikası bu müharibə ilə güclü və məğlubedilməz dövlət olduğunu bütün dünyaya sübut etdi”, – deyə nazir bildirib.

Əlaqəli Yazılar Xüsusi