Tehran meri Əlirza Zəkani ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi hava zərbələri zamanı ölkənin hazırkı Ali rəhbəri Müctəba Xameneinin yaralandığını iddia edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Zəkaninin sözlərinə görə, raket birbaşa Müctəba Xameneinin yaşadığı mənzilin yerləşdiyi mərtəbəyə düşüb. O bildirib ki, hücumun əsas hədəfi həmin vaxt İranın Ali rəhbəri olan Əli Xamenei olub və zərbə onun iqamətgahına yönəldilib.
Tehran meri qeyd edib ki, Müctəba Xamenei və həyat yoldaşı hücum zamanı eyni ünvanda olublar. Onun iddiasına əsasən, raket zərbəsi nəticəsində Müctəba Xameneinin həyat yoldaşı həyatını itirib, özü isə yaralanıb.
Zəkani bildirib ki, zərbənin həmin mərtəbəyə endirilməsi təsadüfi olmayıb və obyekt ABŞ və İsrailin əsas hədəflərindən biri olub.
