Latviya hakimiyyəti pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün aldığı bəzi sistemləri lazımi sursatla təmin etməyib.
Army.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Andris Kulbergs bildirib.
Onun sözlərinə görə, antidrone sistemlərinin satın alınması zamanı onların fəaliyyəti üçün tələb olunan sursatın alınması nəzərdən qaçıb.
Baş nazir konkret olaraq hansı sistemlərin nəzərdə tutulduğunu və onların hansı qurum tərəfindən satın alındığını açıqlamayıb. O, məsələ ilə bağlı əlavə detalları hazırda bölüşə bilməyəcəyini qeyd edib.
