Almaniya kansleri Fridrix Merts Ukraynaya enerji sahəsində göstərilən dəstəyin artırılması təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.
Army.az xəbər verir ki, Merts bu məsələni Ukraynaya dəstək verən “istəkli ölkələr koalisiyası”nın növbəti toplantısında gündəmə gətirəcək.
Görüşdə Kiyevin enerji ehtiyaclarının qarşılanması ilə yanaşı, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsi də müzakirə olunacaq.
Almaniya kansleri Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün əlavə yardım göstərilməsi məsələsini də tərəfdaşlarla müzakirə etmək niyyətindədir. Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi son aylarda koalisiyanın əsas prioritetlərindən biri olaraq qalır.
