Ev Hərbi XəbərlərABŞ-ın İran planı ifşa olundu: “Cənub adalarını hədəfə alıblar”

ABŞ-ın İran planı ifşa olundu: “Cənub adalarını hədəfə alıblar”

by Baş Redaktor
12 Baxış

“Vaşinqton İranın cənub bölgəsində yerləşən bəzi adalar üzərində nəzarəti ələ almağı hədəfləyir”.

Army.az xəbər verir ki, bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri açıqlayıb.

Deputat ABŞ-la aparılan danışıqları faydasız və təhlükəli hesab etdiyini bildirib.

Onun sözlərinə görə, Vaşinqton hər dəfə müzakirə masasından danışsa da, praktikada sanksiyaları yumşaltmaq əvəzinə daha da sərtləşdirir:

banner

“Basqı və hədələr fonunda aparılan dialoq əslində qarşı tərəfə güzəştə getməkdir”.

Qəzənfəri qeyd edib ki, ABŞ İranın uranın zənginləşdirilməsi fəaliyyətini tam dayandırmasını tələb edir, lakin Tehran bu tələbləri qeyri-qanuni sayır və qəbul etməyəcək.

Deputat vurğulayıb ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la heç bir güzəştli müzakirəyə getmək niyyətində deyil.

O, həmçinin Vaşinqtonun regionda yeni hərbi ssenariyə hazırlaşdığı barədə xəbərdarlıq edib.

Əlaqəli Yazılar Xüsusi