DünyaAtəşkəsdən sonra kritik addım: Hörmüz boğazı açılır

Atəşkəsdən sonra kritik addım: Hörmüz boğazı açılır

by Baş Redaktor
5 Baxış

“Atəşkəs qüvvəyə mindikdən sonra iki həftə müddətində Hörmüz boğazından keçid açıq olacaq”.

Army.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” platformasında paylaşım edib.

O qeyd edib ki, İran silahlı qüvvələri ilə razılaşdırılmış şəkildə və mövcud texniki imkanlar çərçivəsində, boğazdan təhlükəsiz hərəkət iki həftə ərzində təmin ediləcək.

Nazir həmçinin vurğulayıb ki, əgər İrana qarşı hücumlar dayandırılarsa, ölkənin silahlı qüvvələri də cavab xarakterli əməliyyatları dayandıracaq.

banner

You may also like