Ev Hərbi təhsilAzərbaycan Ordusunda yeni tədris ili… – VİDEO

Azərbaycan Ordusunda yeni tədris ili… – VİDEO

by Baş Redaktor
6 Baxış

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib. 

Army.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərdə hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları, müdafiə nazirinin və Baş Qərargahın qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması ilə bağlı əmr və direktivləri şəxsi heyətin diqqətinə çatdırıblar.

banner

Yeni tədris ilində qabaqcıl metodlardan və yüksək texnologiyalardan geniş istifadə etməklə keçirilən təlim-məşqlərin keyfiyyətinin, eləcə də intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən 44 günlük Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qazanılmış döyüş təcrübəsi nəzərə alınmaqla tədris prosesində əsas diqqət müxtəlif iqlim, çətin relyef şəraitində, gecə və gündüz saatlarında şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın effektiv tətbiq edilməsi üzrə bacarıqlarının daha da artırılmasına yönəldiləcəkdir.

Maddi-texniki bazanın gücləndirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tədbiqi, əsaslı planlaşdırma və digər təşkilati məsələlərin uğurlu həlli yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə zəmin yaradacaqdır.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

63ef9bff79291a5167f2dc27e5e8ab91
97ea23bd4202fcbb0f915b332dbd6e0d
3037386de175703d4ede7999c94e6cf0
4a01ec1e58769b44f9c4cc6e410a2715
839f0fbea6f1feb11fd85bbed3234cec
c37dad48ad0274265873e98b6180e64c
e1f98ffed197e4e94121d1c013abbebe

Əlaqəli Yazılar Xüsusi