Ev Hərbi təhsilAzərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib – FOTOLAR

Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirilib – FOTOLAR

by Baş Redaktor
93 Baxış

Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Bu barədə Army.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

banner

Tədbirin sonunda nümayəndə heyətlərinin iştirakı ilə xatirə fotosu çəkdirilib.

Əlaqəli Yazılar Xüsusi