Ev Hərbi təhsil“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub

“Çevikçi” kursunu bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub

by Baş Redaktor
14 Baxış

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində növbəti “Çevikçi” kursunu uğurla bitirmiş hərbi qulluqçulara beretlər təqdim olunub.

Bu barədə Army.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Tədbirin rəsmi hissəsindən əvvəl hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

banner

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu ordu quruculuğu siyasətindən, hərbi qulluqçuların peşəkarlığının, döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən geniş danışılıb.

Bildirilib ki, dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xüsusi rol oynayan çevik bölmələrin şəxsi heyəti dövlətə, xalqa, Ali Baş Komandana sonsuz sədaqət nümayiş etdirərək, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirir, Azərbaycanın sərhəd təhlükəsizliyinin və milli maraqlarının qorunmasına layiqli töhfə verir.

Beretləri böyük qürur hissi ilə qəbul edən hərbi qulluqçular göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Çevikçilər Vətənə, xalqa və Dövlət Bayrağına, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacaqlarına, dövlət sərhədlərimizin toxunulmazlığının və ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün hər an döyüşə hazır olacaqlarına, bu müqəddəs amal uğrunda canlarını və qanlarını əsirgəməyəcəklərinə and içiblər.Tədbirin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.

Əlaqəli Yazılar Xüsusi