5
Rusiya NATO-ya üzv ölkə olan Rumıniya ərazisindən dronların uçuşu üçün istifadə edir.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuriy İgnat məlumat verib.
“Bu artıq bir faktdır və fakt olaraq qalır. Biz dəfələrlə bildirmişik ki, rus dronları hətta Ukrayna ərazisindən belə keçmir, dronlarının potensial vurulma zonalarını ətrafından dolanaraq uçurlar”, — deyə o bildirib.