41
Bu gün Rusiyadan Ermənistana tranzit qaydada 14 vaqon propan və 5 vaqon gübrə yola salınacaq.
Army.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat verib.
Bildirilib ki, indiyədək Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq, 414 ton antrasit və 1 026 ton propan daşınıb.