SiyasətGeqamyan: “İran Hörmüzdə nəzarəti ələ alıb”

Geqamyan: “İran Hörmüzdə nəzarəti ələ alıb”

by Baş Redaktor
86 Baxış

“Əgər ABŞ ilə İran arasında bu gecə razılaşdırılmış iki həftəlik atəşkəs həqiqətən qorunarsa, bundan əsas fayda götürən İran olacaq. O həm danışıqlara cəlb olunan tərəflərin dairəsini genişləndirəcək, həm də ABŞ və İsrail üçün silahlı əməliyyatların bərpasının qiymətini yüksəldəcək”.

Army.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib.

Onun sözlərinə görə, danışıqların məntiqi artıq İranın xeyirinə dəyişib:

“Hörmüz boğazı yalnız İranın icazəsi ilə açılır. Bu, müharibədən əvvəl mövcud deyildi. Müharibələr irəli texnologiyalı silahlar haqqında deyil, həmin silahları işlədən sistemlər və onları işlətməyə hazır elitaların iradəsi və müqaviməti haqqındadır. İran bunu son 1,5 ay ərzində parlaq şəkildə nümayiş etdirdi. İndi əsas məsələ isə bu dərsi öyrənməkdir”.

banner

You may also like