Hərbi XəbərlərGözlənilməz dönüş: ABŞ İran dronunu təkmilləşdirib

Gözlənilməz dönüş: ABŞ İran dronunu təkmilləşdirib

by Baş Redaktor
22 Baxış

ABŞ ordusu İran dizaynlı “Şahed-136”-a bənzər uzun mənzilli kamikadze dronun ilk dəfə döyüşdə istifadə edildiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.

Bildirilir ki, “Low-Cost Uncrewed Combat Attack System (LUCAS)” adlanan yeni sistem “Operation Epic Fury” əməliyyatı zamanı sınaqdan keçirilib və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən “çox effektiv və əvəzolunmaz” kimi qiymətləndirilib.

Rəsmilər bildirir ki, LUCAS layihəsi əvvəlcə Ukraynada və Yaxın Şərqdə istifadə olunan ucuz kamikadze dronların effektivliyindən sonra gündəmə gəlib və son illərdə ABŞ Müdafiə Nazirliyində inkişaf etdirilib.

banner

Məlumatlarda qeyd olunur ki, bu tip silahların gələcəkdə xüsusilə Çinlə mümkün hərbi ssenarilərdə geniş istifadə oluna biləcəyi müzakirə edilir.

You may also like

Leave a Comment