Ev Hərbi təhsilHDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

by Baş Redaktor
21 Baxış

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) “Təməl dalğıc kursu”nun buraxılış mərasimi keçirilib.

Bu barədə Army.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.

banner

Qeyd edilib ki, kurs müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, sualtı texniki işlər, axtarış, batmış obyektin su üzərinə qaldırılması, gəmi altına baxış və digər praktiki dalğıc bacarıqlarını əldə ediblər.Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Əlaqəli Yazılar Xüsusi