İranla ABŞ arasında hazırda hər hansı birbaşa danışıqlar aparılmır. Tehran eyni zamanda Hörmüz boğazının açılması məsələsində müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir.
Army.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyibş
Onun sözlərinə görə, müxtəlif vasitəçilər iki ölkə arasında danışıqların yenidən başlaması üçün əlaqə kanallarının bərpasına çalışırlar:
“ABŞ əvvəlki razılaşmanın pozulması ilə bağlı yaranmış problemləri aradan qaldırmayana və İrana dəymiş zərəri kompensasiya etməyənə qədər danışıqların yenidən başlaması mümkün görünmür”.
Nazir Hörmüz boğazında gəmiçilik üçün alternativ marşrutun müəyyənləşdirilməsi istiqamətində Omanla aparılan müzakirələrə də toxunub. Onun sözlərinə görə, bu proses artıq yekun mərhələyə çatıb. Hazırda mütəxəssislər mövcud marşrutların yeni dəniz yolları ilə əvəzlənməsi üzərində çalışırlar.
