Siyasətİran təsdiqlədi – Hörmüz boğazı minalanıb

İran təsdiqlədi – Hörmüz boğazı minalanıb

by Baş Redaktor
90 Baxış

“Hörmüz boğazı açıqdır, lakin gəmilər İran qüvvələri ilə koordinasiya etməlidirlər”.

Army.az xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə “Əl-Cəzirə” kanalına verdiyi müsahibədə deyib.

“Bütün gəmilər, hətta Amerika gəmiləri belə, düşmənçilik etmədikləri müddətcə bu boğazdan keçə bilərlər. Lakin müharibə zonası olması və İranın bu müharibə və ölkəyə qarşı hücumlar zamanı gördüyü tədbirlər səbəbindən bəzi texniki məhdudiyyətlər mövcuddur”.

O, “texniki məhdudiyyətlər” ifadəsinin minalanmanı nəzərdə tutub-tutmadığı ilə bağlı sualı cavablandıraraq bildirib:

banner

“Bəli, bu da buna daxildir. Bundan başqa, İranın müharibə dövründə tətbiq etdiyi və hələ də davam edən digər tədbirlər də var”.

You may also like

Leave a Comment