İspaniya Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edir və bu addım atəşkəs dövründə Yaxın Şərqdə sülhün bərqərar olunması səylərini dəstəkləmək məqsədini daşıyır.
Army.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib.
Nazir qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq və qarşıda iki həftə olduğuna görə Tehrandakı səfirə göstəriş verilib ki, geri dönsün və səfirliyi yenidən rəhbərlik etsin. İspaniya bu şəkildə bütün mümkün yollarla sülh səylərinə qoşulmaq niyyətindədir.
Qeyd edək ki, İspaniyanın Tehrandakı səfirliyi martın əvvəllərində müvəqqəti olaraq bağlanmışdı.
