Ev Hərbi Xəbərlərİsrail “İslami Cihad”ın əsas komandirlərindən birini öldürdü

İsrail “İslami Cihad”ın əsas komandirlərindən birini öldürdü

by Baş Redaktor
83 Baxış

İsrail ordusu Fələstinin “İslami Cihad” qruplaşmasının silah istehsalına cavabdeh olan yüksək rütbəli komandirlərindən biri Rəşid əl-Qadinin öldürüldüyünü açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib ki, əl-Qadi təşkilatın hərbi qanadının istifadə etdiyi müxtəlif növ silahların istehsalı və təchizatına rəhbərlik edən bölməyə komandanlıq edib.

İsrail ordusunun açıqlamasına görə, o, qruplaşmanın silah istehsalı proseslərinin təşkili və inkişafında əsas fiqurlardan biri hesab olunurdu və istehsal zəncirinin idarə edilməsində mühüm rol oynayıb.

banner

Əlaqəli Yazılar Xüsusi