DünyaKadırov açıqladı: “Tehrana kömək etməyəcəyik”

Kadırov açıqladı: “Tehrana kömək etməyəcəyik”

by Baş Redaktor
17 Baxış

Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ və İsraillə münaqişədə İrana hərbi dəstək verməkdən imtina edib.

Army.az xəbər verir ki, o, Tehranı dəstəkləməyə hazır olmadığını “Telegram” vasitəsilə açıqlayıb.

Onun sözlərinə görə, əgər İran qonşu ərəb ölkələrinin dinc əhalisinə hücum etməsəydi, o, Çeçenistan hərbçilərini İrana göndərməyə hazır olardı:

“Onlar həm də qardaşlarımıza hücum edirlər. Mənim üçün üçüncü ölkələrin dinc sakinlərinin konfliktin günahsız qurbanları olduğunu izləmək çox narahatedicidir”.

banner

Eyni zamanda Kadırov vurğulayıb ki, əgər İran qonşulara hücum etməsəydi, ABŞ-ın hücumuna qarşı cavab olaraq Çeçen hərbi birləşmələrinin İrana göndərilməsi “tamamilə mümkün olardı”.

You may also like