“ABŞ Prezidenti Donald Tramp mənim prezidentliyimi ləğv etmək hüququna malik deyil”.
Army.az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel Bermudes deyib.
Onun sözlərinə görə, əgər Kuba xalqı onun üzərinə düşən vəzifələri yerinə yetirmədiyini düşünərsə, o zaman prezident kimi fəaliyyətini davam etdirməməlidir və bu məsələdə yalnız xalqa hesabat verməyə hazırdır:
“ABŞ Kubaya heç nə diktə edə bilməz. Uzun müddətdir, Kubaya qarşı düşmən siyasət yürüdən Vaşinqtonun belə tələblər irəli sürməsi üçün heç bir mənəvi əsas yoxdur”.
